Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər müəyyənləşib
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər açıqlanıb.

Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.

Referi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Novak Simoviç, onun köməkçisi isə Momçilo Markoviç olacaq.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Belçika oyunu saat 17:00-da başlayacaq.

Xəbər 87 dəfə oxundu.