“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib
UEFA Gənclər Liqasında birinci və ikinci mərhələnin püşkü atılıb.

"Qəbələ"nin U-19 komandasının da bu raunddakı rəqibi məlum olub.

Azərbaycan təmsilçisi birinci mərhələdə Macarıstanın "Puşkaş” Futbol Akademiyası ilə qarşılaşacaq.

Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” ilk görüşünü oktyabrın 4-də evdə, cavab matçını isə oktyabrın 25-də səfərdə keçirəcək.

Xəbər 82 dəfə oxundu.