“Qarabağ” Premyer Liqadakı ev oyunlarını mərkəzi arenada keçirəcək
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.

Ağdam təmsilçisindən verilən məlumata görə, klub “Azersun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, aparılan işləri, mərkəzi arenanın cari mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL VI turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “köhlən atlar”ın ev matçlarını növbəti rəsmi bildirişədək Respublika stadionunda keçirməsinə qərar verib.

Xəbər 146 dəfə oxundu.