“Neftçi” Qəbələ şəhərində təlim-məşq toplanışına başlayır
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.

Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək. “Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb.

Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. Paytaxt klubu 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.

Xəbər 94 dəfə oxundu.