Millimizin Avropa Superfinalındakı oyunlarının təqvimi bəlli olub | |
Sentyabrın 19-dan 25-dək İtaliyanın Algero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib. Turnirdə iştirak edəcək Azərbaycan milli komandasının da oyunlarının vaxtı dəqiqləşib. Yığmamız Türkiyə ilə sentyabrın 19-u, Bakı vaxtı ilə saat 12:15-də qarşılaşacaq. Bir gün sonra keçiriləcək Azərbaycan - Rumıniya görüşü də eyni saatda start götürəcək. Sentyabrın 20-də oynanılacaq İsveçrə – Azərbaycan qarşılaşması isə saat 16:00-da başlayacaq. |
|
Xəbər 113 dəfə oxundu. |
|
|