Azərbaycanlı referinin idarə etdiyi oyunda qapılara 6 qol vurulub
Azərbaycanın FIFA referisi Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçirilmiş Fransa – Portuqaliya oyununu idarə edib.

Beynəlxalq dərəcəli referinin birinci hakim olduğu matçda portuqaliyalılar rəqibini darmadağın edib – 5:1.

H. Qafarlı görüş ərzində hər komandadan bir oyunçunu cəzalandırıb. 26-cı dəqiqədə Fransa yığmasının qapıçısı Sandro Souzaya sarı vərəqə göstərən baş hakim cəmi bir dəqiqə sonra Portuqaliya seçməsinin hücumçusu Lusio Roşaya rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, Fransa – Portuqaliya oyununda Hikmət Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək ediblər. Hakimlərin işinə isə italiyalı Massimo Çumbo qiymət verib.

Xəbər 117 dəfə oxundu.