Millimizin Avropa Superfinalındakı oyunlarının təqvimi bəlli olub
Sentyabrın 19-dan 25-dək İtaliyanın Algero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.

Turnirdə iştirak edəcək Azərbaycan milli komandasının da oyunlarının vaxtı dəqiqləşib.

Yığmamız Türkiyə ilə sentyabrın 19-u, Bakı vaxtı ilə saat 12:15-də qarşılaşacaq.

Bir gün sonra keçiriləcək Azərbaycan - Rumıniya görüşü də eyni saatda start götürəcək.

Sentyabrın 20-də oynanılacaq İsveçrə – Azərbaycan qarşılaşması isə saat 16:00-da başlayacaq.

Xəbər 126 dəfə oxundu.