Türkiyə klubu millimizin hücumçusunu transfer edib
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasına transfer olunub.

24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Artıq klubun rəsmi saytı da məlumatı təsdiqləyib.

Qeyd edək ki, Renat Dadaşovun son klubu İsveçrə “Qrasshopper”i olub.

Xəbər 95 dəfə oxundu.