“Sabah” klubu yamaykalı yarımmüdafiəçi ilə anlaşıb
“Sabah” klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasında çıxış edən yamaykalı futbolçu Kahim Perrislə anlaşıb.

Bakı təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçini icarəyə götürəcək.

Razılığa əsasən, 23 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanacaq. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Kahim Perris “Dinamo”ya ötən ilin yayında Sloveniya “Koper”indən keçib. O, 2022/2023 mövsümündə Kiyev təmsilçisinin heyətində 15 oyuna çıxıb və 3 qol vurub. Gənc vingerin Ukrayna klubu ilə müqavilə müddəti 2026-cı ilə qədərdir.

Xəbər 117 dəfə oxundu.