İdmançımız Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın idman gimnastı Nikita Simonov “Challenge” seriyasına aid Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.

Federasiyadan verilən məlumata görə, idmançımız Türkiyənin Mersin şəhərində keçirilən yarışda qızıl medal qazanıb.

Halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlayan N. Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 100 dəfə oxundu.