Azərbaycanın idman gimnastı beynəlxalq turnirdə üçüncü yeri tutub
Azərbaycanın idman gimnastı İvan Tixonov Rumıniyanın Buxarest şəhərində keçirilən “RoamGym Trophy 2023” beynəlxalq turnirində uğurlu çıxış edib.

Federasiyadan verilən məlumata görə, idmançımız yarışı bürünc medalla başa vurub.

O, dəstəli atda hərəkətlərin icrasına görə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər 102 dəfə oxundu.