“Sabah” Basketbol Klubu Serbiyadakı təlim-məşq toplanışında 6 yoldaşlıq oyunu keçirəcək
18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” Basketbol Klubu FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirir.

Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi sentyabrın 6-da Serbiyanın paytaxtı Belqrada təlim-məşq toplanışına yollanacaq. Sentyabrın 18-nə kimi davam edəcək hazırlıq zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

8 sentyabr

“Sabah” BK - Vrsac (Serbiya)

10 sentyabr

“Sabah” BK - “Radniçki (Serbiya)

13 sentyabr

“Sabah” BK - “OKK Belqrad” (Serbiya)

15 sentyabr

“Sabah” BK – “Borac Zemun” (Serbiya)

16 sentyabr

"Sabah” BK – “Srvena Zvezda 2” (Serbiya)

17 sentyabr

“Sabah” BK – “Zlatibor” (Serbiya)

Qeyd edək ki, "Sabah" "Srvena Zvezda"nın təlim-məşq bazasında hazırlıq keçəcək.

Xəbər 107 dəfə oxundu.