“Sumqayıt”ın baş məşqçisi: Qol buraxdıqdan sonra daha yaxşı oynadıq
“Sumqayıt” futbol klubun baş məşqçi Samir Abbasov komandanın “Nefçi” ilə oyunundan sonra jurnalistlərlə fikirlərini bölüşüb.

S. Abbasov deyib: "Pis oynamadıq. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Sona qədər bizə dəstək oldular".

Qeyd edək ki, sentyabrın 2-də “Sumqayıt” “Nefçi”ni qəbul edib. Matç 0:1 hesabı ilə bitib.

Xəbər 97 dəfə oxundu.