Simon Rolfes: “Qarabağ”la oyunda Lunyovu yenidən görməyə şad olacağam
Hər şeydən əvvəl, “Qarabağ”la oyunda keçmiş qapıçımız Andrey Lunyovu yenidən görməyə şad olacağam. Bilirsiniz ki, o, yenicə Azərbaycan klubuna keçib.

Bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Bayer”inin idman direktoru Simon Rolfes “Bild” nəşrinə açıqlamasında deyib.

Püşkatmanın nəticəsini dəyərləndirən funksioner yaxşı qrupa düşdüklərini bildirib: “Rəqiblərimiz arasında Skandinaviyanı təmsil edən “Molde” və “Haken” klubları da var. Adları məşhur olmasa da, biz artıq ötən mövsüm “Union”un timsalında bu cür kollektivlərin nə qədər yaxşı ola biləcəyini gördük. Heç şübhəsiz, yaxşı qrupdur. Rəqiblərin kimliyindən asılı olmayaraq, məqsədimiz yalnız irəli getməkdir”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.

Xəbər 70 dəfə oxundu.