Belçika millisi Bakıya 24 futbolçu ilə gələcək
Belçika millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Domeniko Tedesko qarşıdakı matçlar üçün 24 oyunçuya dəvət göndərib.

Qapıçılar: Arno Bodar, Koen Kastels, Tomas Kaminski, Mats Sels

Müdafiəçilər: Amin-əl-Dahil, Timoti Kastan, Zeno Debast, Vaut Fas, Uqo Sike, Artür Teate, Yan Vertongen

Yarımmüdafiəçilər: Yohan Bakayoko, Yannik Karrasko, Şarl De Ketelare, Jeremi Doku, Dodi Lukebakio, Orel Manqalya, Amadu Onana, Yuri Tilemans

Hücumçular: Olivye Deman, Mişi Batşuayi, Romelu Lukaku, Lois Openda, Leandro Trossard

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması üç gün sonra doğma meydanda Estoniyanı qəbul edəcək.

Xəbər 68 dəfə oxundu.