“Sumqayıt” komandası “Sivasspor”un sabiq futbolçusunu transfer edib
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Kipr “Anortosis”ində çıxış etmiş Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı cinah hücumçusu “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, təcrübəli oyunçu karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa) və “Sivasspor” (Türkiyə) kimi klublarda da çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 98 dəfə oxundu.