“Sabah” növbəti basketbolçunun transferini açıqlayıb
“Sabah” basketbol komandası heyətini gücləndirməkdə davam edir.

Klubdan verilən məlumata görə, Bakı təmsilçisi son olaraq Smit Donovanın transferini reallaşdırıb. ABŞ-dan olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Donovan peşəkar karyerası ərzində Kipr, İspaniya, Gürcüstan və Rumıniya liqalarında çıxış edib.

207 sm boya malik hücumçu son mövsümü Avstriya Bundesliqasında mübarizə aparan “Vels” klubunda keçirib. Bu komandanın heyətində 42 görüşdə iştirak edən 29 yaşlı basketbolçu hər oyunda orta hesabla 24 dəqiqə meydanda olub, 15 xal toplayıb və ortalama 6 ribaundla yadda qalıb.

Xəbər 103 dəfə oxundu.