Tahir Gözəl: Əmin olun ki, “Qarabağ” komandasını bütün dünya tanıyır
"Qarabağ" Avropa Liqasında 8-ci dəfə qrupa düşüb. Bu, tarixi uğurdur.

Bu sözləri açıqlamasında “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Bakıda Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra bildirib.

Klubun prezidenti “Qarabağ” komandasının daim mübarizə apardığını vurğulayıb: “Mən bu gün öz meydanımızda bu sevinci yaşadığım üçün qürur hissi keçirirəm. Əmin olun ki, Azərbaycan və “Qarabağ” komandası bütün dünyada tanınır. Komandamı təbrik edirəm. “Olimpiya” heç də zəif deyildi. Çox ağır oyun oldu. Lakin biz bacardıq, Qurban Qurbanov öz məharətini bir daha hər kəsə göstərdi”.

Tahir Gözəl, həmçinin “Qarabağ” komandasının transfer prosesi ilə bağlı məlumat verib: “Transfer məsələlərini Qurban Qurbanov həyata keçirir. Bunun üçün bizim müəyyən büdcəmiz var. Hazırda maddi baxımdan bir sıxıntımız yoxdur. Təbii ki, komandamıza gələn hər kəs artıq bizim oyunçumuz sayılır”.

Xəbər 702 dəfə oxundu.