"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın "Olimpiya"sı ilə keçirilən cavab oyunu 1:1 hesabı ilə başa çatıb.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

21:00

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçirilən cavab oyununun birinci hissəsi başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Ağdam təmsilçisinin futbolçusu Toral Bayramov 24-cü dəqiqədə topu rəqib komandanın qapısından keçirib.

“Olimpiya” komandasının oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Qeyd edək ki, Lyublyanadakı ilk görüşdə Ağdam təmsilçisi rəqibi 2:0 hesabla məğlub edib.

20:00

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən cavab oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.

Qeyd edək ki, Lyublyanadakı ilk görüşdə Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Xəbər 90 dəfə oxundu.