Azərbaycan Premyer Liqasında V turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun hakim təyinatları açıqlanıb.

Bu tur FIFA referilərimizdən yalnız biri iş başında olacaq.

Beynəlxalq dərəcəli baş hakim Rauf Cabbarov “Sabah” və “Turan Tovuz” komandaları arasında keçiriləcək açılış matçını idarə edəcək.

Azərbaycan Premyer Liqası

V tur

1 sentyabr (cümə)

19:00. “Sabah” – “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Emin Cəfərov

“Bank Respublika Arena”.

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu.

20:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Kapital Bank Arena”.

3 sentyabr (bazar)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Gəncə şəhər stadionu.

19:30. “Səbail”– “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“ASCO Arena”.

Xəbər 75 dəfə oxundu.