UEFA “Qarabağ”a ödəniş edib
UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.

Ağdam təmsilçisinə 200 min avro verilib. Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib.

Xəbər 82 dəfə oxundu.