Bakıda atıcılıq üzrə dünya çempionatı başa çatıb, son medallar sahibini tapıb
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatında yekun vurulub.

Yarışın son günündə kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə mübarizə baş tutub.

Bu növdə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala layiq görülüb.

Həmin növ üzrə komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada isə isveçli Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub.

Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.

Xəbər 125 dəfə oxundu.