Avropa Liqası: “Qarabağ” klubu bu gün cavab oyununa çıxacaq
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Azərbaycan çempionu “Qarabağ” da cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Bakıda Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək.

Lyublyanadakı ilk görüşdə 2 cavabsız qolla qalib gələn “Köhlən atlar”ı qrupa düşmək üçün heç-heçə, hətta minimal hesablı məğlubiyyət də qane edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

31 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya)

İlk oyun – 2:0

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 115 dəfə oxundu.