Ronaldo dünya rekorduna imza atıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu milli liqalarda qol vurmaq üzrə dünya rekorduna imza atıb.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytında məlumat verilib.

Səudiyyə Ərəbistanı çempionatının “Əl-Nasr” – “Əl-Şəbab” matçında Ronaldo milli liqalarda 516-cı və 517-ci qolları vurub. Bunlardan üçü Portuqaliya çempionatında (“Sportinq”), 103-ü “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında, 311-i “Real Madrid”in heyətində İspaniya çempionatında, 81-i İtaliya çempionatında (“Yuventus”), 19-u isə Səudiyyə Ərəbistanı çempionatında vurulub.

Otuz səkkiz yaşlı mütəxəssis təkbaşına avstriyalı Yozef Bikan və macar Ferens Puşkası (hər biri 515 qol) qabaqlayaraq milli liqaların bombardiri olub.

Qeyd olunur ki, milli liqalarda vurulan 500 qol həddinə cəmi 3 futbolçu çata bilib. Argentinalı Lionel Messinin hazırda 496 qolu var.

Xəbər 85 dəfə oxundu.