Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

ikinci oyun günündə 3 görüş keçirilib.

Niderlandın PSV, Danimarkanın "Kopenhagen" və Belçikanın “Antverpen” komandası qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququ əldə edib.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

AEK (Yunanıstan) – “Antverpen” (Belçika) - 1:2

İlk oyun – 0:1

“Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) - 1:1

İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) - 5:1

İlk oyun – 2:2

Səkkiz qrupa bölünəcək turnirin əsas mərhələsində ümumilikdə 32 komanda iştirak edəcək. Hər kvartetdən ilk iki yeri tutan komanda pley-off mərhələsinə yüksələcək. Qrup mərhələsinin ilk oyunları sentyabrın 19-da baş tutacaq. Püşkatma avqustun 31-də keçiriləcək.

Turnirin hazırkı qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Barselona” və “Sevilya”, İtaliyanın “Napoli”, Almaniyanın “Bavariya”, Fransanın PSJ, Portuqaliyanın “Benfika” və Niderlandın “Feyenoord” klubları birinci səbətə düşüb. İkinci səbətdə İspaniyanın “Real”ı və “Atletiko”, İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, Almaniyanın “Leypsiq” və Dortmunddan “Borussiya”, İtaliyanın “İnter”i və Portuqaliyanın “Portu” klubları yer alıb. Üçüncü səbətdə İtaliyanın “Milan” və “Latsio”, Ukraynanın “Şaxtyor”, Avstriyanın “Zalsburq”, Portuqaliyanın “Braqa”, Serbiyanın “Srvena Zvezda”, PSV və Kopenhagen klubları yer alıb.

Xəbər 85 dəfə oxundu.