Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsinin vaxtı bəlli olub
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsi keçiriləcək.

Federasiyadan verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yarışın 3-cü mərhələsi 31 avqust-3 sentyabr tarixlərində baş tutacaq.

Yarışda həm qadınlar, həm də kişilərdən ibarət komandalar mübarizə aparacaqlar. Qarşılaşmalar Su İdmanı Sarayında təşkil olunacaq.

Qeyd edək ki, çempionatın ilk mərhələsi 24-27 iyun, II mərhələ isə 29 iyul-1 avqust tarixlərində keçirilib.

Xəbər 87 dəfə oxundu.