Qurban Qurbanov: Evdəki mübarizəni də qələbə ilə sonlandırmalıyıq
Sabah cavab oyununa çıxacağıq. İlk matçda qalib gəlsək də, çox ciddi olmalı və bu mübarizəni də qələbə ilə sonlandırmalıyıq.

Bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Sloveniya “Olimpiya”sına qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçuların hər birinin qarşıdakı görüşə kökləndiklərini vurğulayıb: “Olimpiya” qol vurmaq potensialına malikdir. Biz matçdan sonra da oyunu analiz etdik. Təbii ki, qələbəni asanlıqla əldə etmədik. Sabah meydana çıxacaq start heyəti bəlli deyil”.

O, yeni transferlərin ola biləcəyini istisna etməyib: “Komandanı daha da gücləndirməyə çalışırıq. Bunun üçün danışıqlar gedir”.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Lyublyanadakı ilk matçda Azərbaycan çempionu qələbə qazanıb – 2:0.

Xəbər 83 dəfə oxundu.