“Araz-Naxçıvan” komandası “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxa bilər
“Araz Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”lə keçirəcəyi oyuna itkilərlə hazırlaşır.

Naxçıvan təmsilçisinin iki aparıcı futbolçusu qarşıdakı matçı buraxa bilər.

Ötən tur “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Məhəmməd Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, sentyabrın 3-də keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu saat 17:00-da başlayacaq.

Xəbər 114 dəfə oxundu.