Millimizin hücumçusu İsveçrə klubundan ayrıla bilər
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasından ayrıla bilər.

Bu barədə klubun idman direktoru Bernt Haas yerli mətbuata açıqlamasında bildirib.

O, 24 yaşlı hücumçu ilə digər variantları nəzərdən keçirdiklərini bildirib.

Qeyd edək ki, 2022-ci ildən “Qrasshopper”də çıxış edən Renat Dadaşovun klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Xəbər 120 dəfə oxundu.