İdman festivalının gümüş mükafatçısı: Gələcəkdə qızıl medal qazanacağıma inanıram
Yekaterinburq, 30 avqust, Səlim Rəhimzadə

Yarış çox maraqlı keçdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu.

Bunu açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Eltac Qafarov deyib.

80 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı növbəti yarışlarda daha çox medal qazanacağına əmin olduğunu deyib: "Rəqiblərimiz güclü idi. Ölkəmizin bayrağını ilk “üçlük”də dalğalandırdığım üçün sevincliyəm. Gələcəkdə qızıl medal qazanacağıma inanıram və buna görə bütün gücümü ortaya qoyacağam".

Xəbər 104 dəfə oxundu.