Bu gün Çempionlar Liqasında qrup mərhələsinə son vəsiqələrin sahibi müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında pley-off oyunlarına yekun vurulacaq.

Bununla da qrup mərhələsinin son üç iştirakçısı bəlli olacaq.

II təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Polşa “Rakuv”u Danimarkada “Kopenhagen”in qonağı olacaq. Polşa çempionu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzub.

Belçika “Antverpen”i Yunanıstanda AEK komandası ilə qarşılaşacaq. Komandaların ilk duelindən Antverpen təmsilçisi qalib ayrılıb – 1:0.

Digər qarşılaşmada PSV Niderlandda Şotlandiyanın “Reyncers” klubunu qəbul edəcək. Qlazqo şəhərindəki ilk görüşdə qalib müəyyənləşməyib – 2:2.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

30 avqust

23:00. AEK (Yunanıstan) – “Antverpen” (Belçika)

İlk oyun – 0:1

23.00 “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa)

İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 2:2

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda” (Serbiya) Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

Xəbər 94 dəfə oxundu.