“Kəpəz”in futbolçusu 100-cü oyununu keçirib
“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

30 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın III turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Rzayev Premyer Liqada keçirdiyi 100 matçda 1 qol vurub.

Ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinən yarımmüdafiəçinin debütü 2015/2016-cı illər mövsümündə gerçəkləşib. O, 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.

Xəbər 73 dəfə oxundu.