Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu İraq komandası ilə sentyabrın 27-də keçirəcək.

Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

Xəbər 74 dəfə oxundu.