Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb
Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb. Ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.

Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb. Qrupda mübarizəyə bu gün start veriləcək.

Xəbər 98 dəfə oxundu.