Bakıda dünya çempionu olan atıcı: Yarışda təşkilatçılıq idealdır
Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib həm fərdi, həm də komanda yarışında uğur qazana bildik.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında kişilər arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan Ukrayna təmsilçisi Denis Bablyuk turnirin mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı yaradılan şəraitə görə öz təşəkkürünü bildirib: “Dünya çempionatı çox gözəl təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey əladır. Təşkilatçılıq idealdır. Yaradılan şəraitə görə hər birinizə minnətdarıq”.

Xəbər 145 dəfə oxundu.