Bakıda gümüş medal qazanan şahmatçının valideynlərinə avtomobil hədiyyə olunacaq | |
Hindistanın “Mahindra&Mahindra” avtomobil şirkəti bu ayın əvvəlində Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda finala çıxan hindistanlı qrosmeyster Rameşbabu Praqnanandxanın valideynlərini mükafatlandıracaq. Bu barədə şirkətin sədri Anand Mahindra yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, Praqnanandxanın valideynlərinə yeni avtomobil hədiyyə olunacaq. “Hesab edirəm ki, onlara oğullarının uğuruna görə bu yolla öz təşəkkürümüzü bildirməliyik” – deyə iş adamı vurğulayıb. Qeyd edək ki, Rameşbabu Praqnanandxa Dünya Kubokunun finalında norveçli Maqnus Karlsenə uduzub. |
|
Xəbər 147 dəfə oxundu. |
|
|