“Mançester Siti” və “Liverpul”un sabiq futbolçusu: “Olimpiya” “Qarabağ”dan zəif deyil
Məncə, “Olimpiya” komandası “Qarabağ”dan zəif deyil.

Bu sözləri “Tselye” klubunun baş məşqçisi Albert Riera Sloveniya çempionatının V turunda səfərdə “Olimpiya”ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Lyublyana təmsilçisinin Avropa Liqasının pley-off mərhələsinin ilk matçında evdə “Qarabağ”a 0:2 hesablı məğlubiyyətini də şərh edən ispaniyalı mütəxəssis bunları söyləyib: “Əslində “Olimpiya” rəqibinə qalib gələ bilərdi. Amma alınmadı və ilk oyunda uduzdular. Komandada yorğunluq olanda bu cür hallar qaçılmaz olur".

“Qarabağ” və “Olimpya” komandaları arasında avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Albert Riera futbolçu karyerası ərzində ölkəsinin “Malyorka”, Fransanın “Bordo”, İngiltərənin “Mançester Siti”, “Liverpul”, Türkiyənin “Qalatasaray” və İtaliyanın “Udineze” klublarında çıxış edib.

Xəbər 126 dəfə oxundu.