“Neftçi” paraqvaylı yarımmüdafiəçi ilə müqavilə imzalayıb
“Neftçi” növbəti transferini həyata keçirib.

Klubdan verilən məlumata görə, paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək.

Dieqo Valdes Paraqvayın “San Lorenso” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.

Xəbər 118 dəfə oxundu.