“Sabah” basketbol klubu növbəti transferini açıqlayıb
“Sabah” basketbol komandası növbəti transferini elan edib.

Klubdan verilən məlumata görə, Mayk Holtonla 1 illik müqavilə imzalanıb.

Peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edən ABŞ basketbolçusu zəngin karyeraya malikdir.

Mayk Holton son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər matçda orta hesabla 21 xal toplayıb.

Xəbər 163 dəfə oxundu.