Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Səbail” komandasının qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Tural Qurbanov idarə edəcək.

Hazırda bölgə təmsilçisi 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bir xalı olan “Səbail” isə 9-cu sırada yer alıb.

Günün son oyununda ilk üç turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən “Zirə” 4 xalla 5-ci yerdə gedən “Sabah”ı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Azərbaycan Premyer Liqası

IV tur

26 avqust (şənbə)

17:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu.

19:30. “Zirə” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, IV turun açılış oyununda “Sumqayıt” “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1. Tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunları ilə yekun vurulacaq.

Xəbər 83 dəfə oxundu.