Azərbaycan Premyer Liqasında IV tura qollu heç-heçə ilə start verilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

ilk oyun günündə bir qarşılaşma keçirilib. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Sumqayıt"ı qəbul edib

Görüşdə qalib müəyyənləşməyib. Hesabı 63-cü dəqiqədə qonaqlar açıblar. Rövlan Muradov penaltini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra isə Turan Manafov tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. 4 xalı olan "Araz-Naxçıvan" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları avqustun 26-27-də keçiriləcək.

Xəbər 122 dəfə oxundu.