Taekvondoçularımız Beynəlxalq Universitet İdman Festivalına yollanıblar
Taekvondoçularımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalına yollanıblar.

Federasiyadan verilən məlumata görə, Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilən yarışda milli komandamız altı idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu idman festivalında Səyyad Dadaşov (54 kiloqram), Adil Eyvazov (58 kiloqram), Pərviz İskəndərov (63 kiloqram,) Vaqif Hacıyev (68 kiloqram), Nicat İsmayılzadə (74 kiloqram) və Eltac Qafarova (80 kiloqram) şans verəcək. Yığmaya məşqçi Sənan Həşimov rəhbərlik edəcək. Estoniyadakı Avropa çempionatı bitdikdən sonra isə baş məşqçi Məmməd Abdullahyev də komandaya qoşulacaq.

Festivalda taekvondoçuların mübarizəsi 29-31 avqustda olacaq. Komandamız sentyabrın 1-də Vətənə qayıdacaq.

Xəbər 122 dəfə oxundu.