Azərbaycan Premyer Liqasında IV turun oyunları sükutla başlayacaq
Azərbaycan Premyer Liqasının IV turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O bildirib ki, Azərbaycan millisinin bu gün vəfat edən sabiq futbolçusu Şəhriyar Rəhimovun xatirəsi qarşıdakı turun oyunlarında yad olunacaq.

Qeyd edək ki, keçmiş müdafiəçi uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən 34 yaşında dünyasını dəyişib.

Xəbər 166 dəfə oxundu.