“İdman TV” “Qarabağ”ın oyununun yayımlanmamasının səbəbini açıqlayıb
“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

Kanal bu barədə feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Qeyd edilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbi ilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik”

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.

Xəbər 104 dəfə oxundu.