Azərbaycan Premyer Liqası: IV tura bir oyunla start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Altı xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sumqayıt” klubu üç xalla 6-cı sırada yer alan “Araz Naxçıvan”ın qonağı olacaq. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları 26-27 avqustda keçiriləcək.

Xəbər 117 dəfə oxundu.