Avropa Liqası: “Qarabağ” səfərdə qələbə qazanıb
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisinin futbolçuları birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər.

32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında növbəti qarşılaşma avqustun 31-də Bakıda baş tutacaq.

Xəbər 98 dəfə oxundu.