Boksçumuz: Beynəlxalq İdman Festivalında qızıl medal qazandığım üçün çox sevinirəm
Yekaterinburq, 24 avqust, Səlim Rəhimzadə,

Qızıl medal qazandığım üçün çox sevinirəm. Nailiyyətlərimi davam etmək üçün daim çalışacağam.

Bu sözləri Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanan boksçumuz Nicat Hüseynov deyib.

O qeyd edib ki, ağır məşqlər nəhayət ki, öz bəhrəsini verdi: “Bu yarışa çox hazırlaşırdım. Gərgin məşqlər öz bəhrəsini verdi. Finalda rəqibimə ilk raundda məğlub olurdum, lakin sonrakı raundlarda vəziyyəti öz xeyrimə dəyişdim. Bakıda keçiriləcək Avropa Çempionatında da uğur qazanacağıma inanıram. Bütün idmançılarımıza nailiyyətlər arzu edirəm”.

Xəbər 134 dəfə oxundu.