Paracüdoçumuz IBSA dünya oyunlarında gümüş medal qazanıb
Azərbaycan paracüdoçusu Xanım Hüseynova IBSA dünya oyunlarında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yalnız finalda uduzaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün yarışlarda Dürsədəf Kərimova (+70 kiloqram), Xatirə İsmiyeva (+70 kiloqram), Zakir Mislimov (90 kiloqram) və İlham Zəkiyev (+90 kiloqram) medal uğrunda mübarizə aparıblar.

Xəbər 127 dəfə oxundu.