“Araz-Naxçıvan”ın baş məşqçisi: Artıq son oyunu düşünməliyik
Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi.

Bu sözləri “Araz-Naxçıvan” komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar
Liqasının ilkin seçmə mərhələsində Almaniyanın “Yan Regensburq” kollektivinə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Almaniya çempionu Türkiyənin “İstanbul Şişli” klubu ilə müqayisədə daha güclüdür: “Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Yan Regensburq”la görüşü ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son qarşılaşmanı düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz matçda həllini tapacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda son oyununu Latviyanın “Riqa” komandasına qarşı keçirəcək.

Xəbər 74 dəfə oxundu.