İdman festivalı: Azərbaycan boksçularının mükafatlandırma mərasimi keçirilib
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında medal qazanmış Azərbaycan boksçularının mükafatlandırma mərasimi keçirilib.

Finalda venesuelalı Brito Guevaraya uduzan Marjona Savriyevaya (50 kiloqram) gümüş, yarımfinalda məğlub olan Zeynəb Rəhimova (54 kiloqram) və Mehparə Məmmədovaya (48 kiloqram) isə bürünc mükafatlar təqdim olunub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 116 dəfə oxundu.